AZ

Nazirlərin öldüyü təyyarə qəzasına görə matəm elan edildi

Qana hakimiyyəti iki nazir də daxil olmaqla 8 nəfərin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı üçgünlük matəm elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkə hökuməti qəzanı "milli faciə" adlandırıb.

Bundan əlavə, səlahiyyətlilər qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, hadisə avqustun 6-da Akrofuon şəhəri yaxınlığında baş verib. Təyyarədə müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd də daxil olmaqla 8 nəfər olub.

Milli.Az

Seçilən
55
9
milli.az

10Mənbələr