Türkiyə Superliqasında heyətinin dəyəri ən yüksək olan klub bəlli olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən komanda “Qalatasaray”dır.
“Cim-bom”un heyətinin ümumi dəyəri 311.28 milyon avrodur.
İkinci pillədəki “Fənərbağça”nın dəyəri 266.85 milyon avro, “Beşiktaş” isə dəyəri 142.50 milyon avroluq dəyərlə üçüncü pilləni tutur.
“Trabzonspor” əsas rəqiblərindən xeyli geri qalıb: 79 milyon avrod
Türkiyə Superliqasında çıxış edən futbolçuların ümumi dəyərinin 1.18 milyard avro olduğu bildirilib.