Tikinti aparılan Gəncə mərkəzi stadionunda növbəti ölüm faktı qeydə alınıb.
"Ölkə.az" Teleqraf-a istinadən xəbər verir ki, stadionda çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.
İlkin məlumata görə, S.Əliyevin səhhəti anidən pisləşib və o dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Qeyd edək ki, iyun ayının 28-də Gəncə şəhər stadionunun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov iş başında qəflətən vəfat etmişdi.