AZ

Putinlə gizli görüş: ABŞ emissarı NATO-ya hesabat verir

Ağ Evin emissarı Putinlə görüş barədə Ukrayna və NATO nümayəndələrini məlumatlandıracaq.

KONKRET.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Riçard Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlə bağlı Ukrayna və bir sıra NATO ölkələrinin yüksək səviyyəli rəsmilərini məlumatlandıracaq. Bu barədə Axios nəşri öz mənbələrinə istinadla xəbər verir.

Məlumata görə, Uitkoff cümə axşamı günü Ukrayna, Finlandiya, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadan olan rəsmilərlə videokonfrans vasitəsilə əlaqə yaradacaq.

Görüş zamanı onun Putinlə apardığı danışıqların detalları təqdim olunacaq, eyni zamanda Tramp–Putin sammitinin mümkün ssenariləri və növbəti diplomatik addımlar müzakirə ediləcək.

Natiq Səlim,
KONKRET.az

Seçilən
34
4
konkret.az

5Mənbələr