Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada mağaraya təlim görmüş itin göndərildiyini, it mağaradan salamat çıxdığına görə qaz yoxlaması aparılmadığı qeyd olunur. Huşunu itirən əsgərlərin arxasınca digər əsgərlərin onları xilas etmək məqsədi ilə mağaraya girdiyi və onların da şəhid olduğu vurğulanır.
Qeyd edək ki, Şimali İraqda axtarış əməliyyatları zamanı 19 Türkiyə hərbçisi mağaraya toplanan qazdan zəhərlənmiş, onların 12-si şəhid olmuşdu.