AZ

"Araz-Naxçıvan"ın futbolçusu zədələndi

"Araz-Naxçıvan"ın futbolçusu Çarls Boli zədələnib.

Far.Az teleqraf-a istinadən xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dalğa Arena"da "Omoniya" (Kipr) ilə keçirilən oyununun 24-cü dəqiqəsində zədə alıb.

Birbaşa meydanı tərk edərək paltardəyişmə otağına yollanan 26 yaşlı futbolçunu Nuno Rodriqeş əvəzləyib.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada Kipr təmsilçisi 2:0 hesabı ilə öndədir.

Seçilən
8
3
far.az

4Mənbələr