AZ

"Komanda olaraq uduzmuşuq" - Elmar Baxşıyev

style='margin-bottom:10px;'>

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının 3-cü mərhələsində "Omoniya"ya 0:4 hesabı ilə uduzduqları oyundan danışıb. 

QOL.az sportal.az saytına istinadən xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Ağır oyun alındı. Düşünürdük ki, komanda olaraq müqavimət göstərə bilərik. Bilirdik ki, rəqibi təcrübəlidir. Zəif oynadıq. Qəbul etmək lazımdır. Bu cür oyunlarda bu sayda səhvlər nəticəsiz qalmır. Komanda olaraq, bəlkə də düzgün yanaşıb, davam etmək lazımdır".

- Bu nəticəni nəyə bağlayırsınız? 

- Cavabın üstündə İqor Ribeyrodan yenə soruşacaqsınız. O, "Neftçi"nin futbolçusudur. Bizim üçün Ribeyro məsələsi bitib. Zəif oynadıq. Sırf müdafiəçilər yox, müdafiə planında axsayırdıq.

- "Omoniya"nın hücum gücünü keyfiyyətli olmasına baxmayaraq, "Araz-Naxçıvan" hücum futbolu oynadı. Bir az müdafiədən oynasaydınız, nəticə fərqli olardı?

- Futbolda bir az olmur. Futbolda yanaşma var. İlk gündən bu komandanı daha çox hücumda görmək istəyirəm. Bu oyuna hazırlıq da sırf ancaq hücum edəcəyik deyildi. Komandanı iki fazada hazırlamışdıq. Amma alınmadı.

- Fasilədə oyunçulara nə dediniz?

- Bəzən onu da qəbul etmək lazımdır ki, istəyirsən, amma alındıra bilmirsən. Bu elə oyunlardan biri idi ki, nə dəyişiklik etsək də, komandaya vermək istəsək də, birinci hissə ikinci hissədən seçilmədi. Komanda olaraq uduzmuşuq. Bunu qəbul etmək lazımdır. 

- Bolinin zədəsi nə dərəcədə ciddidir?

- Zədəsi o qədər də ciddi deyil.

- Sizcə, Patrik Andrade və Felipe Santosun daha çox fərdi oyuna üstünlük verdilər?

- Yaxşı sual verdiniz. Müasir futbolda daha çox fərdi keyfiyyətlərə də önəm verirlər. Onu futbolçuların əlindən ala bilmərəm. Özgüvəni varsa, rəqibi keçmək də istəyəcək. Sırf Felipe və Andradenin individual hərəkətləri də nəticəyə təsir etmədi.

- "Omoniya"dan qorxdunuz deyə belə oldu?

- Qorxu yox idi. Bilirdik ki, qarşımızdakı rəqib təcrübəlidir. Bəzən hazırlaşırsan, amma başqa sürprizlər olur. Komanda olaraq ardıcıl qollar buraxandan sonra oyuna qayıtmaqda çətinlik çəkdik. Bu da futbolçularımın zəif çıxışıdır, yox. Sadəcə bəzən istəyirsən, o da alınmır. Normal qəbul etmək lazımdır.

- Demək olar ki, avrokuboklar sizin üçün bitdi. Komandanı toparlamaq nə dərəcədə realdır?

- Biz işimizi sosial şəbəkə üzərində qurmuruq. Hər bir insan sərbəstdir, öz fikrini bildirir. Birinci oyundan qabaq da sual verirdilər ki, başlamamış, bitiblər. Amma komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşacağıq.

Seçilən
21
8
teleqraf.com

10Mənbələr