AZ

"Levski"ni məğlub edəcəyimizə inanıram - Dambrauskas

Cavab matçında qələbə qazanacağımıza inanıram.

Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Levski"yə (Bolqarıstan) qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

"Matç kifayət qədər çətin keçdi və bu cür olacağını əvvəlcədən bilirdik. Planlı şəkildə mübarizə aparırdıq və futbolçularımız son dəqiqəyə qədər bunu bacarılar. Təəssüf ki, qarşılaşmanın son saniyəsində qapımızda qol gördük. "Levski" yüksək səviyyəli komandadır. İlk hissədə oyuna nəzarət bizim tərəfimizdə idi.. Ümumilikdə onu deyə bilərəm ki, bərabər səviyyəli görüş oldu. İkinci hissədə fərqlənmək üçün şanslarımız vardı", - baş məşqçi bildirib.

Qeyd edək ki, "Levski" - "Sabah" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı avqustun 14-də Bakıda keçiriləcək.

Seçilən
97
1
axar.az

10Mənbələr