AZ

Samsung bir sıra modelləri üçün yeniləmələri dayandırır

Bakı. Trend:

"Samsung" şirkəti dörd məşhur “Galaxy” smartfon modeli üçünproqram təminatı yeniləmələrinin buraxılmasını dayandıracağınıaçıqlayıb.

Trend-in"GizmoChina"ya istinadən verdiyi məlumata görə, bu cihazlar artıqkritik təhlükəsizlik yeniləmələri və səhv düzəlişləri ilə təminedilməyəcək. Bu isə istifadəçiləri kibertəhlükələrə və potensialproqram problemlərinə qarşı daha həssas edəcək.

Yeniləmələri dayandırılan modellərə "Galaxy A22", "Galaxy F22","Galaxy M32" və "Galaxy M42 5G" daxildir. Bu smartfonlar 2021-ciildə təqdim olunub və ilkin olaraq iki böyük "Android" əməliyyatsistemi yeniləməsi və dörd illik təhlükəsizlik yaması dəstəyi vədedilmişdi. Son əsas "Android" yeniləmələri – "Android 13" isətəxminən iki il əvvəl yayımlanmışdı.

Hərçənd bu modellər normal işləməyə davam edəcək, lakintəhlükəsizlik yamalarının olmaması səbəbindən yeni aşkar edilənzəifliklərdən qorunmaq mümkün olmayacaq. İstifadəçilərəməlumatlarının təhlükəsizliyini təmin etmək üçün daha yenimodellərə keçid etmələri tövsiyə olunur.

Seçilən
33
1
az.trend.az

3Mənbələr