AZ

SOCAR və “ExxonMobil” arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Avqustun 7-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR ilə ABŞ-nin "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Memorandum iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
45
11
day.az

10Mənbələr