AZ

Minlərlə hotel “Booking”i məhkəməyə verir

Avropada minlərlə hotel “Booking.com-u” səhv əməllərinə görə məhkəməyə verəcək.

“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, “Booking.com” 10.000-dən çox Avropa mehmanxanasının 20 il ərzində bazarını öz xeyrinə dəyişmək üçün təhrif etdiyi iddiası ilə üz-üzədir.

Avropanın qonaqpərvərlik sektorunda indiyə qədər açılmış ən böyük iddialardan biri olması gözlənilən məhkəmə işi, Britaniya da daxil olmaqla 30 milli hotel assosiasiyası tərəfindən dəstəklənir.

“10 000-dən çox hotel “Booking.com”un qanunsuz “ən yaxşı qiymət” (paritet) müddəalarından istifadə etməsi nəticəsində yaranan maliyyə itkilərinin kompensasiyasını tələb etmək üçün ümumavropa təşəbbüsünə qoşulub”.

Seçilən
53
qafqazinfo.az

1Mənbələr