AZ

Metroda doğulan uşağa limitsiz gediş bileti veriləcək? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. Bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən qadına ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib və qadın sağlam şəkildə övladını dünyaya gətirib. 

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda uşaq DÜNYAYA GƏLDİ


Məlumdur ki, belə bir ənənə var ki, təyyarədə doğulan körpəyə aviaşirkət limitsiz uçuş bileti verir.

Bəs “Bakı Metropoliteni” QSC bu barədə nə düşünür?

Qurumun departament rəhbəri Bəxtiyar Məmmədov bu barədə Bizim.Media-ya bunları bildirib:

“Təbii ki, dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar, xüsusi hədiyyələrimiz olacaq. Amma körpəyə hansısa gediş bileti verilməsi yəqin ki, gələcəyin mövzusudur. Bu barədə ətraflı məlumat veriləcək”. 

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
40
2
bizim.media

3Mənbələr