Bakı.Trend:
Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsitörədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə bildirilib ki,araşdırmalarla yanğının Çayrud kənd sakini 1987-ci il təvəllüdlüCavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması vəyanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyiməlum olub.
C.Əliyev məsuliyyətə cəlb olunub.