AZ

"Şalke 04" ilə oyununda qol vurmaq istəyir

Almaniyanın "Kayzerslautern" klubuna keçən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqanın "Şalke 04" ilə oyununda qol vurmaq istəyir.

 

Sfera.az-ın məlumatına görə, 28 yaşlı hücumçu bu barədə "Bild"ə açıqlama verib.

 

Forvard növbəti qarşılaşmada koordinasiya və komanda ruhunun daha yaxşı olacağına ümid edir:

 

"Mövsümün bizim üçün uğurlu keçəcəyinə və üst pillələr uğrunda rəqabət apara biləcəyimizə inanıram".

 

Qeyd edək ki, "Kayzerslautern" II Bundesliqanın ilk turunda "Hannover"ə 0:1 hesabı ilə uduzub. Komanda avqustun 9-da, Bakı vaxtı ilə saat 22:30-da "Şalke 04" klubunu qəbul edəcək.

Seçilən
42
4
sfera.az

6Mənbələr