AZ

Bu il Gəncədə innovasiya mərkəzi açılacaq

Bu ilin sonuna yaxın Gəncə İnnovasiya Mərkəzinin açılışı planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bunu “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının açılış tədbirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

F.Osmanov bildirib ki, Naxçıvan Dövlət Universitetində də müvafiq klaster formalaşdırılacaq: "Məqsədimiz nəinki Bakıda, eləcə də regionlarda statap ekosisteminin quruculuğunda həm maddi həm mənəvi həm də bu kimi akselerasiya proqramlarının dəstəklənməsidir".

F.Osmanov qeyd edib ki, bu gün startap ekosisteminin formalaşmasında 5 mühüm sahə var ki, onlar bizim strateji baxışımızın əsasını təşkil edir: "Bunlara innovativ düşüncənin formalaşdırılması, maliyyə əlçatanlığının artırılması daxildir. Azərbaycanda "Caucasus Ventures" vençur fondu yaradılıb. Həmin fondla bərabər əlavə üç maliyyə institutlarının formalaşdırılması üzərində iş həyata keçirilir. Artıq "İnmerge" fondu formalaşdırılıb və yaxın zamanlarda fəaliyyətə başlayacaq".

Seçilən
0
2
apa.az

3Mənbələr