AZ

AFFA nümayəndəsinə UEFA-dan təyinat aldı

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Bu barədə Operativ Media-ya AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq.

Seçilən
0
10
operativmedia.az

10Mənbələr