AZ

Tramp Əliyev və Paşinyanın Ağ Evdə “sülh sazişi” imzalayacağını açıqlayıb

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Ağ Evdə “sülh sazişi” imzalayacağını açıqlayıb.

ABŞ prezidenti Tramp özünün Truth Social hesabında bu gün Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcəyini açıqlayıb.

Tramp açıqlamasında "Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı sabah (cümə) Ağ Evdə tarixi sülh sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm. Sabah prezident Əliyev və baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh sazişinin imzalanması mərasimində iştirak edəcəklər" deyib.

İki ölkənin uzun illərdir müharibə etdiyini və administrasiyasının bu münaqişənin sona çatması üçün aylardır çalışdığını qeyd edən Tramp, “müharibəsi dayandırdığını” iddia edib.

"Mən Ermənistan və Azərbaycanın böyük xalqları üçün doğru olanı edən bu cəsur liderlərlə fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi bir gün olacaq", - deyən Tramp hər iki ölkə ilə ayrı-ayrı iqtisadi müqavilələr imzalayacağını bildirib.

Seçilən
103
1
kommersant.az

10Mənbələr