AZ

Mahir Emrelinin arzusu: "Şalke" ilə oyunda...

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli 2-ci Bundesliqa çərçivəsində keçiriləcək "Şalke" ilə oyun haqda danışıb.

Publika.az xəbər verir ki, "Bild"ə açıqlama verən 28 yaşlı hücumçu qol vurmaq istədiyini bildirib:

"Şalke" ilə oyunda nəhayət qol vurmaq istəyirəm. Növbəti qarşılaşmada koordinasiya və komanda ruhunun daha yaxşı olacağına ümid edirəm. Mövsümün bizim üçün uğurlu keçəcəyinə və üst pillələr uğrunda rəqabət apara biləcəyimizə inanıram".

Qeyd edək ki, "Kayzerslautern" 2-ci Bundesliqanın ilk turunda "Hannover"ə 0:1 hesabı ilə uduzub. Komanda avqustun 9-da, Bakı vaxtı ilə saat 22:30-da "Şalke"ni qəbul edəcək.

Seçilən
27
4
publika.az

6Mənbələr