AZ

Kobaxidze 2008-ci il hadisələrindən danışdı: Saakaşvili xəyanət etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin rejimi 2008-ci ilin avqustunda hərbi əməliyyatlara başlamaqla ölkənin milli maraqlarına böyük ziyan vurdu”.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Bu gün o dövrün hökumətinin imzaladığı bütün sənədləri xatırlamaq lazımdır. O sənədlərdə Saakaşvili rejiminin müharibəyə başladığı bildirilir. Bu sənədlərdən qaçmaq mümkün deyil. Bu sənədlər o vaxtkı hökumətin müharibəyə başladığının və ölkəmizin milli maraqlarına ağır zərbə vurduğunun təkzibolunmaz sübutudur. Bu, xəyanət idi", - Kobaxidze 2008-ci ilin avqust hadisələrinin ildönümündə jurnalistlərə deyib.

Kobaxidzenin sözlərinə görə, Avropa Şurasının qətnaməsi və münaqişənin şərtlərini araşdıran beynəlxalq komissiyanın o vaxtkı rəhbəri Heydi Taqliavininin rəyi faktların xronologiyasını əks etdirir - onlar göstərir ki, 2008-ci il avqustun 7-də gürcü qoşunları Sxinvaliyə artilleriya atəşi açıblar.

“Avropa Şurasının qətnaməsində deyilir ki, gərginlik olub, lakin o vaxtkı rejimin Sxinvaliyə hücumundan sonra bu eskalasiya genişmiqyaslı hərbi əməliyyatlara çevrildi. 2008-ci il avqustun 8-də sübh çağı o vaxtkı rejim qürurla elan edib ki, onlar kəndbəkənd Sxinvalıya doğru gedirlər.

Seçilən
68
publika.az

1Mənbələr