AZ

İranda 450 sərnişin daşıyan qatar aşdı - Video

İranda içərisində 450 nəfər olan Tehran-Kirman sərnişin qatarı relsdən çıxaraq aşıb.

Axar.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Zərənd şəhərinin icra başçısı Rza Hüseyninejad bildirib.

İcra başçısı deyib ki, hadisə yerində xilasedicilər var. Qəzanın səbəbləri ixtisaslaşmış qruplar tərəfindən araşdırılır.

Xəsarət alanlar barədə məlumat yayılmayıb.

Seçilən
18
1
axar.az

4Mənbələr