AZ

Trampın İlham Əliyev və Nikol Paşinyanla

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp bu gün - avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli, ardınca üçtərəfli görüşlər keçirəcək.

 

Senzor.az bildirir ki, Ağ Ev həmin görüşlərin qrafikini (Bakı vaxtı ilə) yayıb. 

 

Qrafikə əsasən, görüşlər belə planlaşdırılıb:

 

22:30 — Prezident Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edir

 

22:35 — Ağ Evin Oval kabinetində Tramp və Paşinyan arasında ikitərəfli görüş keçirilir

 

23:05 — Trampla Paşinyan arasında sənədin imzalanma mərasimi

 

23:10 — Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qəbul edir

 

23:15 — Tramp və İlham Əliyev arasında Ağ Evin Oval kabinetində ikitərəfli görüş keçirilir

 

23:45 — Trampla İlham Əliyev arasında sənəd imzalanır.

 

00:15 — Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli imzalanma mərasimi keçirilir.

Seçilən
30
13
senzor.az

10Mənbələr