AZ

Tibb işçilərini daşıyan təyyarə yaşayış binasına çırpıldı: 6 ölü

Keniyada tibb işçilərini daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Afrika Tibb və Araşdırma Fonduna məxsus təyyarə Keniyanın paytaxtı Nayrobidən təxminən 20 kilometr şimal-şərqdə yaşayış massivindəki binaya çırpılıb.

Bölgədən olan polis komandiri Moris Odanqa 6 nəfərin öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.

Hadisə ilə bağlı istintaq başladıldığı qeyd olunub.

Seçilən
10
publika.az

1Mənbələr