Keniyada tibb işçilərini daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Afrika Tibb və Araşdırma Fonduna məxsus təyyarə Keniyanın paytaxtı Nayrobidən təxminən 20 kilometr şimal-şərqdə yaşayış massivindəki binaya çırpılıb.
Bölgədən olan polis komandiri Moris Odanqa 6 nəfərin öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.
Hadisə ilə bağlı istintaq başladıldığı qeyd olunub.