Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı isə bir nəfərə məxsus 2 min manat dəyərində skuteri oğurlayan 4 nəfər tutulub.
ZÜMRÜD