AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva Avropa Konfrans Liqasının oyununa təyinat alıb.
Arena.az bu barədə milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Mustafayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) matçında UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq. Albaniya təmsilçisində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir. Komandalar arasında Sloveniyada gerçəkləşən ilk görüşdə hesab açılmayıb – 0:0.