AZ

ADNSU-nun əlaçı tələbələri Balaxanıda Universitetlərinin adını daşıyan neft quyusunun qarşısında lövhə açdılar (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fərqlənmə iləoxuyan bir qrup tələbəsi strateji məsələlər üzrə prorektor VazehƏskərovla birgə “Balakhani Operating Company LTD”nin ərazisində 102yaşlı neft quyusunun qarşısında qurulan “ADNSU-100” lövhəsininaçılışını ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamınaəsasən, 100 illiyi silsilə tədbirlərlə qeyd edilən AzərbaycanDövlət Neft və Sənaye Universitetinin yaranması tarixinin Balaxanıhasilat ərazisində əbədiləşdirməsi qərarı bu ilin fevral ayındaADNSU və “Balakhani Operating Company LTD” arasında AnlaşmaMemorandumunun imzalanması zamanı qəbul edilmişdir- “BalakhaniOperating Company LTD”nin prezidenti Rövşən Rzayev ADNSU iləhəmyaşıd və bu günə qədər işlək quyunun “ADNSU-100” adlandırılmasıbarədə sertifikatı rektor Rüfət Əzizova təqdim etmişdir.

Açılış mərasimindən sonra keçirilən hasilat şirkətininrəhbərliyi ilə görüş zamanı ADNSU tələbələri təhsilləri və karyeraarzuları barədə səmimi söhbətdə iştirak ediblər. Bildiriblər ki,sinif otağı ilə sənaye arasında sıx bağların yaradılmasına imkanverən bu kimi əməkdaşlıqlar onlara seçdikləri peşədə daha uğurluolmağa kömək edəcək. ADNSU prorektoru Vazeh Əskərov ölkəmizintarixən ikinci universitetinin müasir tələblərə uyğunmulti-disiplinar tədris proqramı barədə geniş məlumat verib vətarixən Nobellərin çalışdığı binada bu gün də hasilatla, elm vəinnovasiyaların bağlantısının qorunub saxlanıldığından məmnunluğunubildirib. “Hər bir Universitet uğurlu məzunları ilə tanınır. Bumənada neft tarixində öz sözünü demiş Balaxanıda tələbələrimizləbərabər belə bir tarixi gündə iştirak etmək və ADNSU məzunlarınınəhatəsində olmaq çox qürurvericidir”, deyən prorektor Əskərovuniversitet-sənaye arasında münasibətlərin gələcəkdə də davamedəcəyinə ümidini bildirib.

“Balakhani Operating Company LTD”nin müşaviri, prezidenttəqaüdçüsü, əməkdar mühəndis Telman Orucov tələbələrlə söhbətindəADNSU-da tədris illəri barədə xatirələrini bölüşüb. “Mən, çoxxoşbəxtəm ki, mənim elə müəllimlərim olub. Onlar bizə tək dərsotağında deyil, ondan kənar da dəstək olurdular, təcrübələrinibölüşürdülər. Ümid edirəm, mənim məzun olduğum geologiya ixtisasıgünü-gündən daha da təkmil tədris edilərək Azərbaycanın gələcəkhasilat uğurları üçün məzunlar yetişdirəcək.”

Tədbirin sonunda daha bir ADNSU məzunu, “Balakhani OperatingCompany LTD”-nin hasilat üzrə vitse-prezidenti Əhməd Kələşova"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi(1920-2020) yubiley medalı” təqdim edilib. Preizdent İlham Əliyevinqərarı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və SənayeUniversitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil,habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş,bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdimolunur.

Bu ilin fevral ayında yubiley medalı ilə “Balakhani OperatingCompany LTD”-nin prezidenti Rövşən Rzayev təltif edilmişdir.

ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
ADNSU-nun
Seçilən
28
7
az.trend.az

8Mənbələr