ABŞ dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb.
Yenisabah.az EWTN-ə istinadla xəbər verir ki, o, Donald Trampın sülhün prezidenti olmağa sadiqliyini vurğulayıb.
Rubio deyib: “Biz Pakistan və Hindistanın müharibəyə başladığını görəndə birbaşa müdaxilə etdik. Kamboca və Tailand məsələsində də bu cür oldu. Azərbaycan və Ermənistan da həmçinin. Biz sülh razılaşmasının imzalanması üçün burada olacağıq. Aydındır ki, sülh daimi bir şey deyil. Üzərində davamlı olaraq işləmək və onu qoruyub-saxlamaq lazımdır”. pizza
Telegram kanalımız