Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Abituriyentlər 2025-ci il 14 avqust saat 11:00-dan – 22 avqust saat saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat
Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbulolma | ||
Azərbaycan bölməsi | Rus | Bölmələr üzrə cəmi | faizi | ||
Dövlət ödənişsiz | 3251 | 3017 | 146 | 3163 | 97.29 |
Dövlət ödənişli | 4558 | 4078 | 143 | 4221 | 92.61 |
Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə) | 335 | 315 | 20 | 335 | 100.00 |
Cəmi | 8144 |