AZ

“İmişli” “Sabah”ın müdafiəçisini transfer edib

Bakı. Trend:

“İmişli” futbol klubu heyətini yeni futbolçu iləgücləndirib.

Trend xəbərverir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sol cinah müdafiəçisi Tuncay Yusifli ilə 2 illikmüqavilə imzalanıb.

20 yaşlı oyunçu “Sabah”ın əvəzedici heyətindən transferolunub.

Qeyd edək ki, “İmişli” 2025-2026-cı illər mövsümündə AzərbaycanPremyer Liqasında çıxış edəcək.

Seçilən
146
49
az.trend.az

10Mənbələr