"Fənərbaxça"dan ayrılan Duşan Tadiçin yeni klubu bəlli olub.
QOL.az xəbər verir ki, serbiyalı vinger karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Tadiç "Əl-Vahda" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, Duşan Tadiç 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edirdi. Serbiya millisinin üzvü ötən mövsüm İstanbul təmsilçisinin heyətində 53 rəsmi matçda 13 qol vurub və 16 məhsuldar ötürmə edib.