AZ

Aİ-95 benzində fasilə — Ekspert səbəbləri və riskləri açıqladı

“Son günlər Bakıda Aİ-95 markalı benzinin bəzi yanacaqdoldurma məntəqələrində satılmaması qısa müddətli təchizat fasiləsi ilə bağlıdır. Bu yanacaq növü Azərbaycanda məhdud həcmdə istehsal olunur”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.  

O qeyd edib ki, qlobal bazarda baş verən dəyişikliklər, logistik gecikmələr və mövsümi tələbat artımı yerli bazara birbaşa təsir göstərir:

“Yay mövsümündə avtomobil istifadəsinin artması Aİ-95-ə olan tələbi yüksəldir. Təchizat zəncirində kiçik bir gecikmə belə bəzi məntəqələrdə boşluğa səbəb ola bilir. SOCAR artıq problemi aradan qaldırdığını açıqlayıb, bu isə fasilənin struktur deyil, operativ səbəblərdən yarandığını göstərir. Aİ-95 beynəlxalq bazardan alınan məhsuldur. Buna görə də qiyməti valyuta məzənnəsi və daşınma xərcləri ilə bağlıdır. Qlobal bazarda kəskin bahalaşma baş vermədiyi halda, qısamüddətli bu fasilə daxili qiymətlərin dərhal qalxmasına səbəb olmayacaq. Lakin idxal xərclərində davamlı artım və ya valyuta məzənnəsində dəyişiklik olarsa, bu, gələcəkdə qiymətə təsir edə bilər. İndiki vəziyyət panikaya səbəb deyil. İdxaldan yüksək asılılıq olduğu üçün Aİ-95-in qiyməti həmişə xarici bazar risklərinə açıq qalacaq”.

Leyla Turan 
Demokrat.az
Seçilən
21
demokrat.az

1Mənbələr