“Səbail” növbəti transferini açıqlayıb.
QOL.az xəbər verir ki, 1-ci liqa təmsilçisi Tuqay Əlizadə ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tuqay Əlizadə ötən mövsüm “Araz-Naxçıvan”da oynayıb.