İsraillə Qəzzada hədəflərimiz eynidir, lakin bu hədəflərə çatmaqda fikir ayrılıqları var.
Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens deyib.
Bundan əlavə, Vens Fələstin dövlətinin müstəqilliyini tanımağı planlaşdırmadıqlarını bildirib:
“Bizim Fələstin dövlətini tanımaq planımız yoxdur. Fəaliyyət göstərən hökumətin olmamasını nəzərə alsaq, bunun nə demək olacağını başa düşmürəm”.