AZ

İsrail "İslami Cihad"ın iki səhra komandirini məhv etdi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin radikal "İslami Cihad" qruplaşmasının iki səhra komandirini hədəfə alıb.

Moderator.az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

"Məqsədli qətl əməliyyatlarından birində "İslami Cihad" terror təşkilatının Beyt Hanun batalyonunun komandir müavini vəzifəsini tutan terrorçu Murad Nasser Musa Əbu Cerad öldürülüb. Digər oxşar əməliyyat zamanı isə "İslami Cihad"ın Qəzza şəhərindəki briqadasında tank əleyhinə bölmənin komandir müavini Dar Mahmud Surik məhv edilib", - deyə ordudan bildirilib.

Açıqlamaya görə, öldürülən yaraqlılar 7 oktyabr 2023-cü ildə İsrailə edilən hücumda iştirak edib, həmçinin İsrail vətəndaşlarına və əsgərlərinə qarşı hücumlar planlaşdıraraq həyata keçiriblər.

Seçilən
20
moderator.az

1Mənbələr