"Daha müharibə olmayacaq. Bizim övladlarımız artıq ölməyəcəklər. İqtisadiyyatımız nəfəs alacaq. Regiondakı bütün yollar və sərhədlər açılacaq. Dövlətimiz hər gün daha müstəqil və suveren olacaq".
Moderator.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Sədri Alen Simonyan sosial şəbəkə hesabında yazıb.
"Yaşasın bu gün qurduğumuz Gələcək! Yaşasın sülh!", - o qeyd edib.