AZ

Vaşinqtonda tarixi sənəd imzalandı – ABŞ, Azərbaycan və Ermənistan yeni dövrə başlayır - VİDEO

  Referans xəbər verir ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub və nəticə olaraq tarixi Bəyannamə imzalanıb.

Görüş zamanı tərəflər sülh, əməkdaşlıq və yeni strateji tərəfdaşlıq istiqamətində önəmli razılaşmalara imza atıblar.

Donald Tramp: “Azərbaycan və Ermənistan liderlərini belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəldiklərinə görə təbrik edirəm. Uzun illər bu münaqişəni bitirməyə çalışan vasitəçilər uğursuz oldu. Nəhayət, bu gün bu problem həll olunur”.

Tramp həmçinin qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycanla enerji, ticarət və süni intellekt sahələrində əməkdaşlığı genişləndirəcək.

Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin 99 illiyə ABŞ şirkətinə verilməsi barədə razılaşma da əldə olunub.

ABŞ Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

İlham Əliyev:

– “Bu tarixi görüşdür. Biz ABŞ ilə strateji əməkdaşlıq yoluna başlayırıq.”
– “Sizə təşəkkür edirəm ki, illər öncə Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəliş bu gün ləğv olundu.”
– “Bu gün Qafqazda sülhü təmin edirik. Prezident Tramp Qafqaza sülh gətirdi.”

Nikol Paşinyan:

– “Mən Prezident Əliyevi, Azərbaycan və Ermənistan xalqlarını, eləcə də ABŞ rəhbərliyini bu tarixi gün münasibətilə təbrik edirəm.”
– “Biz ‘Tramp yolu’nu birlikdə tamamlayacağıq.”

İmzalanan Bəyannaməyə əsasən:

▪ Bütün hərbi əməliyyatlar dayandırılır
▪ Ticarət və kommunikasiya xətləri açılır
▪ Tərəflər bir-birinin ərazi bütövlüyünə hörmət edirlər

Bu sənəd Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı hesab olunur.  



Seçilən
19
referans.az

1Mənbələr