AZ

Prezident Vaşinqtonda Azərbaycan mətbuatına müsahibə verir - CANLI

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan kütləvi informasiya vasitələrinə müsahibə verib.

News24.az-ın xəbərinə görə dövlət başçısı Vaşinqtonda ABŞ Prezident Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə dair jurnalistlərin sualları cavablandırıb.

Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.

Görüşün sonunda dövlət başçılarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb.

Seçilən
42
4
news24.az

9Mənbələr