AZ

Ayda atom elektrik stansiyasının quraşdırılması 54 gün çəkəcək

Alimlərin fikrincə, Yerin təbii peykində atom elektrik stansiyasının quraşdırılması iki aydan az vaxt aparacaq.

Bu barədə “Rossiya 24” telekanalına müsahibəsində Rusiyanın “MGSU” Milli Tədqiqat Universitetinin Ay nüvə reaktoru layihəsinin müəllifi Svetlana Sazonova məlumat verib.

Ayda atom elektrik stansiyasının tikintisi üçün xüsusi robot qurğulardan istifadə ediləcəyi güman edilir.

"Bu robot qurğular torpağı bişirmək, titan rəflər quraşdırmaq üçün lazımdır. Bu, layihə nişanına qədər hazırlanmış torpağı tökmək üçün qurğudur. Həmçinin istilik izolyasiyasının tətbiqi və digər qurğulardır. Bizim hesablamalarımıza görə, tikintinin ümumi müddəti 54 gün olacaq", - Sazonova bildirib. O, qeyd edib ki, bu, stansiyanın bütün qurğularının və hissələrinin Yerin təbii peykinə çatdırılmasını nəzərə almasaq, peykdə işlərə sərf olunacaq vaxtdır.

Bundan əvvəl Rusiya Baş nazirinin müavini Denis Manturov bildirmişdi ki, Aya aşağı gücə malik atom elektrik stansiyasının göndərilməsi digər planetlərin sonrakı tədqiqi üçün ilk addım olacaq.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
12
ikisahil.az

1Mənbələr