Sea Breeze

ABŞ prezidenti Donald Tramp, 15 avqustda Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşəcəyini açıqlayıb. Alyaska, 1867-ci ildə ABŞ tərəfindən 7,2 milyon dollara Rusiyadan satın alınmış keçmiş Rusiya ərazisidir.

Redaksiya xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq təhlükəsizlik və regional məsələlərin müzakirəsi nəzərdə tutulur. Alyaskada keçiriləcək bu görüşün ABŞ-Rusiya münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı ola biləcəyi istisna edilmir.

Siyasi müşahidəçilər hesab edirlər ki, tərəflər arasında aparılacaq danışıqlar strateji sabitlik və enerji əməkdaşlığı mövzularına xüsusi diqqət yetirə bilər.

Sevinc Kərimova

ETX
ETX
ETX