BAKI, 9 avqust. TELEQRAF
Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin mətni 11 avqust axşamı dərc ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat verib.
"Azərbaycanla əldə edilmiş razılaşmaya uyğun olaraq, paraflanmış sazişin mətni bazar ertəsi, 11 avqust axşamı dərc ediləcək", - məlumatda deyilir.
Mətni Vaşinqtonda Ermənistan XİN başçısı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov imzalayıblar.