AZ

Paşinyan: Azərbaycanla ikitərəfli ticarət təhlükəsizliyin ən etibarlı təminatı olacaq

Ermənistan və Azərbaycan vətəndaşları arasında ikitərəfli ticarətin başlanması təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Biz bu layihəni (“Tramp marşrutu”nu – red.) həyata keçiririk ki, daha çox Ermənistan vətəndaşı Azərbaycanın nəqliyyat infrastrukturundan təhlükəsiz istifadə edə bilsin və əksinə. Biz təhlükəsizlik, sabitlik, sülh və təminatlardan çox danışırıq. Əgər on minlərlə Ermənistan və Azərbaycan vətəndaşı qarşı tərəfin nəqliyyat infrastrukturundan istifadə etsə və ikitərəfli ticarət olsa, bu, təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq”, - o bildirib.

Seçilən
50
14
news24.az

10Mənbələr