Ağ Evdə Tarixi Sülh Sammiti...
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu günlərdə Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərləri dünyanın diqqət mərkəzindədir. Liderlər bundan əvvəl Abu-Dabidə bir araya gəldilər və postmüharibə mərhələsində başlayan sülhyaratma prosesi ətrafında geniş müzakirələr apardılar. İndi isə liderlərin görüş yeri üçün ABŞ Prezidenti Donald Trampın təşəbbüsü əsasında Vaşinqton seçilib. Xarici mediada, ekspert dairələrində liderlərin ABŞ səfərinə böyük diqqət çəkilir və müxtəlif aspektlərdən təhlillər aparılır.
Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə
Keçmiş Bayden administrasiyası dönəmində məhz qarşıtərəfin ədalətsiz və qərəzli yanaşmaları səbəbindən ABŞ - Azərbaycan münasibətlərində ciddi çatlar yaranmışdı. Ağ Evdə Bayden administrasiyası əvəzləndikdən sonra isə vəziyyət dəyişib. Rəsmi Bakı Vaşinqtonla münasibətləri qarşılıqlı maraqlar əsasında inkişaf etdirməkdə maraqlıdır. Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı- Müstəqillik Günü münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda bildirdiyi kimi, biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.
Oxşar fikirləri həmçinin D.Tramp da ifadə edib. “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”, - deyə onun Azərbaycan Prezidentinə ünvanladığı məktubda vurğulanıb.
Dövlət başçılarının inamı özünü doğruldur. Hər iki tərəfəməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraqinkişafına güclü siyasi iradə göstərir. Diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, liderlər bir-birinə inanır vərəğbət bəsləyirlər. Bir qədər bundan əvvəl D.Trampın özününsosial şəbəkə hesabında Prezident İlham Əliyevin III ŞuşaQlobal Media Forumundakı çıxışından bir parcanı paylaşmasıbunun əyani təsdiqidir. Dövlətimizin başçısı orumda sualları cavablandırarkən regionda və dünyada qalıcı sülhə çağırışlar edib, həmçinin D.Trampı “müharibə başlamayan ABŞ Prezidenti” kimi səciyyələndirib. Məlumdur ki, ABŞ prezidentlərinin əksəriyyətinin idarəçiliyi dönəmində bu ölkədünyanın ayrı-ayrı regionlarında qanlı müharibələrə cəlbolunub. D.Tramp isə tarixdə müharibə deyil, sülh prezidentikimi qalmaq istəyir. Təsadüfi deyildir ki, müxtəlif dairələrdən onun Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
İlham Əliyevin sülh çağırışları D.Trampın dünyaya sülhgətirmək istəyi ilə üst-üstə düşür və bu səbəbdən də o, sosialşəbəkə hesabında bəhs olunan paylaşımı edib.
Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin ABŞ-a bu günlərdə baş tutan işgüzar səfəri münasibətlərdə yeni birsəhifə açacaq. Bu əminliyi həm Vaşinqtonda Azərbaycan Prezidentinə göstərilən xüsusi ehtiram, aparılan danışıqlarıngeniş gündəliyi, həm də imzalanan sənədlər bir daha möhkəmləndirir.
Dünya üçün tarixi gün ABŞ Prezidentinin özü liderlərin Vaşinqtona səfərinə böyükönəm verir. “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah (bu gün - red.) Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm”, - deyə o, “Truth” sosialşəbəkəsindəki səhifəsində yazıb. Fikirlərinə davam edən Trampvurğulayıb: “Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlərindiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edəbilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər ikitərəflə işləyir”.
D. Tramp Prezident İlham Əliyev və Baş nazir NikolPaşinyanla birlikdə Ağ Evdə sülhə dair sənədin imzalanmamərasimi olacağını da məmnunluqla diqqətə çatdırıb. Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqazregionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanlarıbirlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlərimzalayacaq. “Mən böyük Azərbaycan və Ermənistan xalqlarıüçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxredirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixigün olacaq”, - deyə o vurğulayıb.
Strateji müstəvidə əməkdaşlığın inkişaf perspektivləri
ABŞ-ın yeni administrasiyası Azərbaycanın CənubiQafqazın aparıcı dövləti olduğuna böyük önəm verir. Avqustun7-də Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüşdə stratejimüstəvidə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı ətraflıfikir mübadiləsinin aparılması bunun əyani təsdiqidir.
Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib
Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşmaprosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsiaparılıb.
Bütövlükdə, artıq ikitərəfli əməkdaşlıq strateji tərəfdaşlığadoğru irəliləyir. Bunu hazırlanan “Azərbaycan Respublikası vəAmerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dairxartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupununyaradılması haqqında Azərbaycan Respublikası Hökuməti vəAmerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” nun detalları da təsdiqləyir.
Sənədə əsasən, Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqamətiəhatə edəcək:
- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğuiqtisadi sərmayə;
- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizəsahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsindəəməkdaşlıq.
Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılarinfrastrukturunun və enerji sahəsində sərmayələringenişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacibməsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığıABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.
Enerji davam edəcək
Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu ölkənin şirkətləri Azərbaycanın Xəzərdəki zəngin karbohidrogen yataqlarının işlənilməsi üzrə imzalanan layihələrdə iştirak edirlər. Bu sahədəxoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuşəməkdaşlıq hazırda da uğurla davam edir. Azərbaycan özününenerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmətedən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-ngöstərdiyi davamlı dəstəyi yüksək qiymətləndir.
Azərbaycan Prezideninin ABŞ-a işgüzar səfəri çərçivəsindəisə dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisiStiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkətiarasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri MikayılCabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti ConArdill imzalayıblar.
Yaxşı haldır ki, Azərbaycanla ABŞ arasında ötən əsrindoxsanıncı illərindən başlayan enerji əməkdaşlığı perspektivdədə davam etdirləcək. Memorandumun imzalanması o anlamagəlir ki, ABŞ-da Azərbaycanın ədalətli enerji siyasəti yüksəkdəyərləndirlir və ölkəmizlə əməkdaşlığn davam etdirlməsinəböyük maraq göstərilir.
907-ci düzəliş tarixdə qalır
Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı” qanunu sosialist sistemin dağılmasından sonra özmüstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımıngöstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayındaABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan “Azadlığadəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakımünasibətlərinin inkişafında mənfi rol oynayıb. Sonrakıdövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvəqqətidayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsizqərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiqvasitəsi kimi istifadə etməyə çalışıb.
Artıq bu bədnam sənəd də tarixin toz basmış arxivinəgöndərilir. Prezident
İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasındaqurulmuş uğurlu əməkdaşlıq 33 il əvvəl Azərbaycanın məruzqaldığı ədalətsizliyə son qoymuş olacaq.
Birgə Bəyannamənin detalları
Bu arada Birgə Bəyannamənin detalları da xüsusi diqqətçəkir. Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülhmüqaviləsini imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birincişərt Minsk rupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətinedilməsi ilə, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklər edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.
Birgə Bəyannamədə Minsk rupunun ləğv edilməsiməqsədilə iki ölkənin ATƏT-in Baş atibinə birgə müraciətedəcəyi təsdiqlənir.
Eyni zamanda , Azərbaycan və Ermənistan arasındadövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişinmətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması vəratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nınzəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçünəsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyevdəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanaquru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçımızınbu tələbi də Ermənistan tərəfindən qəbul edilib. Belə ki, BirgəBəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasındamaneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur əhlizireallaşır.
Mübariz ABDULLAYEV