AZ

İsrail və Yunanıstan klublarından imtina etdi, “Qarabağ”la müqavilə bağladı

  “Qarabağ”ın yeni transferi Joni Montiel Azərbaycana gəlməmişdən əvvəl bir neçə klubun təklifindən imtina edib.

Referans  xəbər verir ki, sportal.az-a verilən məlumata görə, ispan yarımmüdafiəçiyə “Makkabi” (Tel-Əviv) və “Aris”dən (Limassol) rəsmi təklif gəlib.

Lakin 26 yaşlı vinger Azərbaycan klubuna görə həm bu klublardan, həm də İspaniya 2-ci liqasından gələn təklifləri geri çevirib.

Montiel avrokuboklardakı stabil çıxışı və oyun stilinə görə “Qarabağ”da oynamağa üstünlük verib.

Onunla 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.Sportinfo.az  

Seçilən
102
3
referans.az

2Mənbələr