Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.
Belə ki, çaqqal qəfil bir neçə kənd sakinə hücum edib. Hadisə nəticəsində 3 nəfər kənd sakini yaralanıb.
Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara burada lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.