AZ

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, üç nəfər yaralanıb

BAKI, 9 avqust. TELEQRAF

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, üç nəfər yaralanıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad rayonunun Şatırlı kəndində qeydə alınıb. Çaqqal qəfil olaraq kənd sakinlərinə hücum edib.

Nəticədə üç nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır

Seçilən
31
37
teleqraf.com

10Mənbələr