AZ

Ermənistanda revanşist dairələrin cəhdləri qətiyyətlə rədd ediləcək

  Həm Ermənistan daxilində, həm də onun xaricində revanşist dairələrin Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi reallığını qəbul etməmək cəhdləri qətiyyətlə rədd ediləcək.

Referans xəbər verir ki, APA-nın diplomatik mənbədən əldə etdiyi xəbərə görə, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin digər vacib bir müddəası burada iki ölkə arasında münaqişənin artıq keçmişdə qaldığının və məhz münaqişənin həllindən sonra yaranmış reallıqların iki dövlət arasında qonşuluq münasibətlərinin qurulmasına şərait yaratmasının təsbit olunmasıdır.


Azərbaycanın çoxvektorlu xarici siyasəti: Regional gücdən qlobal aktora

 
Beləliklə, Azərbaycan tərəfindən 2020-ci ildən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası ilə keçmiş münaqişənin artıq tarixdə qalması tezisi birmənalı şəkildə sənəddə təsbit edilir. Burada daha bir vacib məqam isə, münaqişənin həlli nəticəsində yaranmış reallıqların təftiş mövzusu olmadığı və heç vaxt olmayacağının birmənalı təsdiq edilməsi və bu kontekstdə, revanşist cəhdlərin qətiyyətlə rədd edilməsidir.

Bu, həm Ermənistan daxilində, həm də onun xaricində revanşist dairələrin Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi reallığını qəbul etməmək cəhdlərinin qətiyyətlə rədd ediləcəyinə dair siyasi məsuliyyət və öhdəliyi təcəssüm etdirir. Beləliklə, sözügedən müddəa bir tərəfdən münaqişənin keçmişdə qaldığını, Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla, bütün ərazisi üzərində suveren nəzarətinin bərpa etdiyi reallığının Ermənistan tərəfindən qəbul edilməsinə dair siyasi öhdəliyi təsbit edir. Digər tərəfdən isə, bu reallığı hər hansı bir formada sual altına almaq cəhdlərinin indi və gələcəkdə rədd və istisna edilməsinə dair Ermənistanın dövlət məsuliyyətini özündə ehtiva edir.  

Seçilən
13
8
referans.az

9Mənbələr