AZ

Azərbaycan-Ermənistansülhü mühüm addımdır- Gürcüstan XİN

 Ajans.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki, bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi istiqamətində mühüm addımdır və regionun uzunmüddətli, sabit inkişafı üçün yeni imkanlar yaradır. Gürcüstan regionda sülhün möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini qətiyyətlə dəstəkləyir. Bəyanatda, həmçinin ABŞ-nin və şəxsən Prezident Donald Trampın Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin həllindəki rolu yüksək qiymətləndirilib: “Ümid edirik ki, bu tarixi hadisə Qara dəniz regionunda və bütün dünyada mövcud münaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari təsir göstərəcək”.

Xatırladaq ki, imzalanmış sənədə əsasən, Azərbaycan və Ermənistan hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarət, kommunikasiya və diplomatik münasibətləri, qarşılıqlı səfərləri bərpa etmək, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürüblər. \ report.az 

Seçilən
19
11
Ajans.az

10Mənbələr