Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli 28A küçəsində 137 ailənin yaşadığı 5 mərtəbəli binanın sakinləri, binanın zirzəmisinin çirkab sular ilə dolmasından şikayətçidirlər.
Sakinlər "Xəzər Xəbər"ə bildiriblər ki, binanin kanalizasiya xətti köhnə olduğu üçün kanalizasiya xətti tez -tez tutulur və çirkab sular zirzəmiyə dolur. Sakinlərin sözlərinə görə, ərazidə yayılan pis qoxudan nə küçədə otura bilirlər, nə də evdən küçəyə çıxa bilirlər. Sakinlər aidiyyəti qurumlara müraciət müraciət etsələr heç bir tedbir görülmədiyini deyirlər.
Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.