AZ

Benyamin Şeşko rəsmən "Mançester Yunayted"də

"Leyptsiq"in hücumçusu Benyamin Şeşkonun "Mançester Yunayted"ə keçidi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

22 yaşlı forvard İngiltərə nəhəngi ilə 2030-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Sloveniyalının transferin dəyəri 76,5 milyon avro təşkil edir və əlavə olaraq 8,5 milyon avro bonus nəzərdə tutulub. İngilis klubu məbləği hissə-hissə ödəyəcək.

Şeşko 2023-cü ildən "RB Leyptsiq"də çıxış edirdi. Almaniya təmsilçisinin heyətində 87 oyuna çıxaraq 39 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt mütəxəssisləri onun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Seçilən
70
30
90deqiqe.az

10Mənbələr