ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Sloveniya Azərbaycan və Ermənistanın səylərini, həmçinin Ağ Ev administrasiyasının sülh prosesi ilə bağlı razılaşmaların əldə edilməsindəki rolunu yüksək qiymətləndirir.
Redaktor.az xəbər verir ki, bu barədə Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyi məlumat yayıb.
“Bu, şübhəsiz ki, region (Cənubi Qafqaz – red.) üçün yeni imkanlar açacaq və tərəqqini təmin edəcək”, - qurumdan qeyd edilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.